Kiyevə endirilən hava zərbələrində ölənlərin sayı 21-ə çatıb

Rusiyanın Kiyevə kütləvi hava hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.
Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiya Kiyevə kütləvi çoxkombinasiyalı hava hücum həyata keçirib. Paytaxta “Şahed” dronları, qanadlı və ballistik raketlərlə, o cümlədən "Kinjals"la hücum edilib.
Gecə saatlarında Kiyevə edilən kütləvi hücum nəticəsində paytaxtın bütün ərazilərində dağıntılar qeydə alınıb. Bu, genişmiqyaslı müharibə başlayandan bəri ilk belə haldır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: