Naxçıvan hava limanında sərnişinlərdən oğurluq edən şəxslər saxlanılıb

Naxçıvan hava limanında oğurluq edən şəxslər saxlanılıb.
Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.
Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: