azturkxeber.az
http://azturkxeber.az

Ağdamda Valideyn Zorakılığı: Xındırıstan Kəndində İki Azyaşlı Döyülüb, Valideynlər Saxlanılıb

28-08-2025

Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.

Hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, onun Bakı şəhərinə gətirilməsi ilə bağlı tədbirlər görülür.

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətiləri ilə yaxından maraqlanırlar.

İlkin məlumata əsasən, hadisəni törədən valideyinlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Baş vermiş hadisə əsnasında vlideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsini kobud şəkildə pozmuşlar.

Mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031