azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

26-08-2025

31 iyul 2023-cü il tarixində Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, “26 avqust– Laçın şəhəri günü” elan edilib.

26 avqust -Laçın şəhər günü yalnız şəhərin azad edilməsinin xatırlanması deyil, həm də Azərbaycan dövlətçiliyinin, milli birliyin və tarixi ədalətin simvoludur. Bu günün qeyd olunması Azərbaycan xalqının milli iradəsini, dövlətin gücünü və tarixi ədalətin bərpasını əks etdirir.

Milli Kitabxanada bu əlamətdar gün münasibətlə “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi (http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm) və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Təqdim olunan sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031