31 Nömrəli Marşrutda Yeni və Komfortlu Avtobuslar Xəttə Buraxıldı
31 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşruta 2025-ci il Çin istehsalı olan 4 müasir, komfortlu və iritutumlu avtobus bu gündən daşımalara cəlb edilib.
Yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.