azturkxeber.az
http://azturkxeber.az

Sosial şəbəkədə özünü humanitar yardım təşkilatının nümayəndəsi kimi təqdim edərək vətəndaşları aldadan qadın saxlanılıb

23-08-2025

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib və əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

N.Məhərrəmovanın analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031