Bədənşəkilləndirmə əməliyyatından sonra vəfat edən məşhur psixoloqun bacısı DANIŞDI
Bədənşəkilləndirmə əməliyyatından sonra ölən məşhur psixoloqun SON SÖZLƏRİ
"Etalon" hospitalda liposaksiya (bədənşəkilləndirmə) əməliyyatından sonra ölən məşhur psixoloq Nilufər Abdullanın bacısı Fidan Abdulla "Arzunun vaxtı" verilişinə açıqlama verib.
O, bacısının ölümündə klinikanın həkimlərini günahlandırıb. Fidan Abdullanın sözlərinə görə, əməliyyatı cərrah Seymur Məmmədov icra edib:
"Bacımın əməliyyatını Seymur həkim etdi, mən bunun canlı şahidi olmuşam. Bacımı sonuncu dəfə görəndə gözlərini açdı və mənə "çox ağrıyıram" dedi. Burnundan oksigen aparatını, qolundakı təzyiqölçəni və ürək döyüntüsünü göstərən cihazı çıxardılar. Səbəbini soruşanda dedilər ki, yatıb. Halbuki yatsa belə, həmin cihazlar çıxarılmamalı idi. Aparatlar çıxarılandan sonra 35-40 dəqiqə ərzində tibb işçisi otağa daxil oldu və vəziyyəti görüb bütün həkimləri çağırdı. Bacımda nəfəs darlığı yarandı, ürək döyüntüsü sıfırlananda məni otaqdan çıxardılar. Həmin vaxt o, artıq dünyasını dəyişmişdi".
O əlavə edib ki, Nilufər Abdullanın üç azyaşlı övladı qalıb.