azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Albaniya idman qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

21-08-2025

Avqustun 20-də gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşüb.

Görüşdə idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və müxtəlif idman növlərinin inkişafına dair məsələlər müzakirə olunub. Həmçinin beynəlxalq yarışların təşkili, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə də iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031