azturkxeber.az
http://azturkxeber.az

Paytaxt yollarında yeni svetoforlar quraşdırılıb

18-08-2025

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruri hissələrin yeni svetofor və bölmələrlə təmin olunması işləri davam etdirilir.

NİİM-dən verilən məlumata görə, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədəd svetofora yeni piyada bölmələri quraşdırılıb. Bununla da, metronun “Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin daha çox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəli vəziyyətin yaranmasının qarşısı alınıb.

Həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində 2 ədəd əlavə dirəklər olmaqla, 4 ədəd piyada svetoforu quraşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031