DİN: Həftəsonu 48 kiloqrama yaxın narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 16-da və 17–də ümumi çəkisi 47,7 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 8,3 tona yaxın çəkidə 8 min 502 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: