azturkxeber.az
http://azturkxeber.az

"Nyukasl" “Liverpul”a keçmək istəyən futbolçusunu cərimələyə bilər

15-08-2025

"Nyukasl" “Liverpul”a keçmək istəyən futbolçusunu cərimələyə bilər

İngiltərənin “Nyukasl” klubu komandadan ayrılmaq istəyən Aleksander İsakı cəzalandıra bilər.

Buna səbəb 25 yaşlı hücumçunun Premyer Liqada “Aston Villa” və “Liverpul”la keçiriləcək oyunları boykot etməsidir.

“Liverpul”a keçmək istəyən İsveç millisinin üzvü hazırda komanda ilə birgə məşqlərə çıxmır.

Klub forvarda qarşı hələlik rəsmi olaraq cərimə tətbiq etməyib. Amma futbolçu sözügedən oyunlara çıxmayacağı təqdirdə, cərimələnəcək.

A.İsakın “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031