azturkxeber.az
http://azturkxeber.az

“Volkswagen” daxiliyanma mühərrikli avtomobillərin qiymətini artırır

14-08-2025

“Volkswagen” daxiliyanma mühərrikli avtomobillərin qiymətini artırır

“Volkswagen” daxiliyanma mühərrikli avtomobillərin qiymətlərini avqustun 21-dən etibarən artıracaq.

Qiymət artımı orta hesabla 1,5 faiz təşkil edəcək. Bu artım əsas ehtiyat hissələrinə də şamil olunacaq. Xüsusi rəngləmə, idman, dizayn və işıq paketləri həm benzinli, həm dizel, həm də elektromobillərdə bahalaşacaq.

“T-Roc” qiymət artımına məruz qalmayan yeganə daxiliyanma mühərrikli model olacaq. Elektrikli avtomobillərin - “ID.3”dən “ID.7”dək qədər olan modellərin qiymətləri də sabit qalacaq.

Qiymət artımının elektrikli modellərə şamil edilməməsinin səbəbi “Volkswagen”in elektrikli avtomobil satışını yüksək səviyyədə saxlamaq və karbon emissiyalarına görə tətbiq olunan cərimələrdən yayınmaq istəyidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031