azturkxeber.az
http://azturkxeber.az

Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlanıldı

14-08-2025

Nizami rayonunda talama cinayəti qeydə alınıb. Paytaxt sakininin rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən 1100 manat dəyərində qol saatı və mobil telefonu oğurlanıb.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı S.Abiyev tutulub.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə qadın vətəndaşın dələduzluq yolu ilə bank kartından 1500 manat ələ keçirən 30 yaşlı X.Əskərov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031