Bakıxanov qəsəbəsində marketdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən 200 manat pul, 800 manat dəyərində lotereya biletləri və tütün məmulatları oğurlanıb.
Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Nəcəfzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: