azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda yaşayan 63 şəhid övladının Şuşaya səfəri başlayıb

13-08-2025

“Cahan Şirkətlər Qrupunun 30 illiyi” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə ikigünlük səfərə yola düşüblər.

Əvvəlcə Ali Məclisin deputatları, hökumət nümayəndələri, “Cahan Şirkətlər Qrupu” MMC-nin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşları şəhid övladları ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Onlar əvvəlcə Bakı şəhərinə səfər edəcəklər. Burada onlara Qarabağın tarixi haqqında kitablar hədiyyə olunacaq.

Səfər zamanı “Xarıbülbül” hotelində istirahəti təşkil olunacaq qəhrəman şəhid övladları Şuşa, Xankəndi və Ağdama səyahət edəcək, tarixi, gəzməli və görməli yerlərlə tanış olacaqlar.

Eyni zamanda səfər çərçivəsində uşaqların iştirakı ilə “Şuşanı təsvir edirəm” adlı rəsm sərgisi keçiriləcək.

Qeyd edək ki, “Şəhid övladlarının Şuşaya qürur səfəri”nin təşkilində əsas məqsəd, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin Vətənə əmanət qoyduğu övladlarına işğaldan azad edilmiş müqəddəs yurdları, Vətənimizin dilbər guşələrinin ecazkar təbiətini, tarixi-mədəni irsini və xalqımızın qəhrəmanlıq salnaməsini yerindəcə göstərərək onlarda Vətənə bağlılıq və qürur hisslərini daha da gücləndirməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031