azturkxeber.az
http://azturkxeber.az

“Cahan Şirkətlər Qrupunun 30 illiyi" proqramı çərçivəsində "Şəhid övladlarının Şuşaya qürur səfəri" təşkil olunacaq

12-08-2025

Avqustun 13-də Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə ikigünlük qürur səfəri edəcək.

Əvvəlcə “Cahan Şirkətlər Qrupu” MMC-nin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşlarının və Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında yerləşən abidəsi ziyarət ediləcək.

Ardınca Bakı şəhərində səfər iştirakçılarını “Cahan Şirkətlər Qrupu”nun əməkdaşları və Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə qarşılayacaq. Onlara Qarabağın tarixi haqqında kitablar hədiyyə olunacaq.

Səfər zamanı “Xarıbülbül” otelində istirahəti təşkil olunacaq qəhraman şəhid övladları Şuşa, Xankəndi və Ağdama səyahət edəcək, tarixi, gəzməli və görməli yerlərlə tanış olacaqlar.

Səfər çərçivəsində uşaqların iştirakı ilə “Şuşanı təsvir edirəm” adlı rəsm sərgisi keçiriləcək.

Qeyd edək ki, “Şəhid övladlarının Şuşaya qürur səfəri”nin təşkilində əsas məqsəd, milli qürurumuz və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin bizə əmanət qoyduğu övladlarına işğaldan azad edilmiş müqəddəs yurdlarımızı, vətənimizin dilbər guşələrinin ecazkar təbiətini, tarixi-mədəni irsini və xalqımızın qəhrəmanlıq salnaməsini yerindəcə göstərərək onlarda vətənə bağlılıq və qürur hisslərini daha da gücləndirməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031