azturkxeber.az
http://azturkxeber.az

Avropada silah istehsalı rekord sürətlə artır

13-08-2025

Avropada silah istehsalı rekord sürətlə artır

Rusiya - Ukrayna müharibəsində sonra Avropa qitəsində silah istehsalı misli görünməmiş sürətlə artır.

Genişlənmənin mərkəzində Avropa İttifaqının ASAP proqramı dayanır. Bu çərçivəsində sursat və raket istehsalına 500 milyon avro məbləğində investisiya yatırılır.

“Financial Times” nəşrinin apardığı təhlilə əsasən, Avropada yeni silah istehsalı müəssisələrinin sahəsi 7 milyon kvadratmetrdən çoxdur. Bu göstərici sülh dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Avropa Kosmik Agentliyinin “Sentinel-1” peyk sistemi vasitəsilə aparılan müşahidələr nəticəsində ümumilikdə 37 şirkətə məxsus 150 istehsal sahəsi müəyyən edilib. Təkcə ASAP proqramı çərçivəsində maliyyələşdirilən 88 obyektin tikinti sahəsi 2020–2021-ci illərdəki 790 min kvadratmetrdən 2024–2025-ci illərdə 2,8 milyon kvadratmetrə yüksəlib. Onların 20-də nəzərəçarpacaq genişlənmə baş verib, bir sıra obyektlər isə yeni inşa edilənlərdir.

Ən iri layihə Macarıstanda həyata keçirilir. Almaniyanın “Rheinmetall” şirkəti ilə Macarıstanın “N7 Holding” dövlət müəssisəsi ölkənin cənubundakı Varpalota şəhərində yeni sursat zavodu inşa edir. Burada “Lynx” piyada döyüş maşınları üçün mərmilər istehsal olunur. İllik istehsal gücünün 2027-ci ilədək 1,1 milyon mərmiyə çatdırılması planlaşdırılır. 2022-ci ildə bu göstərici 70 min olub.

Silah istehsalı Avropanın şimalında da genişlənir. Norveçin “Kongsberg” şirkəti yeni raket zavodu istifadəyə verib. Finlandiyanın “Nammo” şirkəti Vihtavuori şəhərindəki istehsal həcmini genişləndirib. Böyük Britaniyanın “BAE Systems” müəssisəsi isə Cənubi Uelsdə 155 millimetrlik mərmi istehsalını 16 dəfə artırmaq məqsədilə yeni obyekt inşa edir.

Avropa İttifaqı silah istehsalının artırılması kursunu davam etdirmək niyyətindədir. Avropa Komissiyasının məlumatına görə, 1,5 milyard avro dəyərində yeni müdafiə proqramı hazırlanır. Bu proqram ASAP-ı tamamlayaraq raketlərin, pilotsuz uçuş aparatlarının və hava hücumundan müdafiə sistemlərinin istehsalına dəstək göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031