azturkxeber.az
http://azturkxeber.az

Müəllimlərin sertifikatlaşdırılması prosesində müsahibə mərhələsinin vaxtı açıqlanıb

12-08-2025

Müəllimlərin sertifikatlaşdırılması prosesində müsahibə mərhələsinin vaxtı açıqlanıb

2022-ci ildən təşkil olunan müəllimlərin sertifikatlaşdırılması prosesində 64 min 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 min 426 müəllimin vəzifə maaşına 35 faiz, 38 min 84 müəllimin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən 21 minə yaxın müəllim, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahanı mərhələsində 6600 müəllim 51 bal və daha yuxarı, 11 min 318 müəllim isə 30 bal və daha yuxarı nəticə göstərib.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayının sonlarından etibarən başlayacaq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031