azturkxeber.az
http://azturkxeber.az

Abşeron sanatoriyası-tibbi inkişafın yeni mərhələsində

11-08-2025


Azərbaycanın kurort ənənələrində özünəməxsus yeri olan Abşeron Mədə-Bağırsaq Sanatoriyası, illərdir mədə-bağırsaq sistemi xəstəliklərinin müalicəsində peşəkar və effektiv xidmətləri ilə seçilir. Mərdəkan qəsəbəsinin təmiz havası və dənizkənarı iqlimi ilə yanaşı, sanatoriyanın yenilənmiş infrastrukturu və tibbi imkanları buranı həm yerli, həm də xarici qonaqlar üçün ideal müalicə və istirahət məkanına çevirir. Sanatoriyanın baş həkimi Zirəddin Abbasovun rəhbərlik etdiyi bu sanatoriyada çalışan təcrübəli həkim heyəti və tibbi personal fərdi yanaşma əsasında müayinə və müalicə planı hazırlayır. Fizioterapiya, masaj, su prosedurları və digər tibbi xidmətlər müasir avadanlıqla təmin olunub.

Biz sanatoriyada olarkən orada müalicə olunan bir neçə xəstələrlə görüşüb yeni yaradılan şəraitlə bağlı söhbət etdik. Abşeron sanatoriyasının müasir üslubda təmirindən, müalicə metodlarından, orada yaradılan şəraitdən, baş həkimin və tibb xidmətlərinin səviyyəsindən , qidalanma rejimindən razılıq etdi. Sanatoriyanın daimi pasienti Kamal Quliyev söhbət zamanı bildirdi ki , hal hazırda burada müalicə alıram. Baxmayaraqki uzun illərdir müalicəyə bura gəlirəm, lakin bu il o biri illərlə müqayisədə daha fərqlidir. İstər şəraitindən, istər qidalanmadan, istərsə də həkimlərin bizə göstərdiyi qulluqlar və onların icra etdiyi prossedurlar çox yüksək səviyyədə icra olunur. Əvvəllər bura gələndə çətinlik çəkirdim , lakin indi komputer sistemi üzərindən onlayn şəkildə qeydiyyata alınır vaxt təyin edilir, rahatlıqla gəlmək olur.

Həqiqətən bu gün sanatoriyanın işi elə qurulub ki, müasir yeniliklərlə tibbi avadanlıqlar və yeni təyin olunan baş həkim işini günün tələbləri səviyyəsində qurub. Bu çox sevindirici haldı, bu gün biz xəstələnəndə yolumuzu başqa ölkələrin sanatoriyalarına deyil, ölkəmizin müasir tələblərə cavab verən saglamlıq ocagında gəlib rahat müalicə alırıq şəffaf şəkildə, Bu həm də hər bir vətəndaşın büdcəsinə uygundur. Möhtərəm prezidentimizə burada müalicə olunan xəstələrin adından səmimi təşəkkürümüzü bildiririk. Ölkəmizdə səhiyyənin inkişafı yönümündə böyük irəliləyiş və inkişaf var! Biz həmişə öz müalicəmizi ölkəmizin müasir və inkişsf etmiş, inteqrasiya olunmuş sanatoriyalarımızda alacagıq, cünki zəhmət olan yerdə peşəkarlıq da var, nəticə də. Abşeron sanatoriyası ugura gedən yolun başlangıcındadır! Sizə təşəkkür edirik əziz həkimlər, tibb bacıları!

İradə Qaracallı, yazıçı-jurnalist






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031