azturkxeber.az
http://azturkxeber.az

Şəmkirdə yol qəzası nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb

07-08-2025

Şəmkirdə yol qəzası nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Bakıdan Qazaxa hərəkət edən, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Şəmkirdə KAMAZ markalı yük avtomobilinin qoşqusuna arxadan çırpılıb.

Qəza nəticəsində 7 nəfər - Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Aydın Pənahov, Ağstafa rayon sakinləri 1992-ci təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov, 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova, 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itirib.

Ağstafa rayon sakinləri – 1995-ci il təvəllüdlü Məcid Qəribov, 2004-cü il təvəllüdlü Nərmin Əliyeva, 1969-cu il təvəllüdlü Kamran Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Gürcüstan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlova Şəmkirdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Kamran Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031