Şəmkirdə ümumi məhsul buraxılışının həcmində özəl sektorun payı artıb
2025-ci ilin ötən dövründə Şəmkir rayonunda ümumi məhsul buraxılışın həcmi 757 684,4 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, ümumi məhsul buraxılışının həcmində özəl sektorun payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artaraq 94,9 faiz təşkil edib. Ümumi məhsul buraxılışı strukturunda istehsal sahələrinin xüsusi çəkisi 83,5 faiz, xidmət sahələrinin çəkisi isə 16,5 faiz olub. Aqrar rayon olan Şəmkirdə istehsal edilən ümumi məhsul və göstərilən xidmətlərdə kənd təsərrüfatının payı 75,8 faiz, sənayenin payı 6,8 faiz, ticarət sahəsinin payı isə 15,7 faiz təşkil edib.