azturkxeber.az
http://azturkxeber.az

Xocalı rayonu Ballıca kənd sakinlərinə aqrar sahənin aktual mövzularına dair təlimlər keçirilib

01-08-2025

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydalarına uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Xocalı rayonunun Ballıca kəndi sakinlərinin bilik və bacarıqlarının artırılması, eləcə də innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə təlimlər təşkil olunub.

Təlimlərdə iştirak edən fermerlərə bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, müasir suvarma sistemləri, səmərəli təsərrüfatların təşkili, fermerlər üçün dövlət dəstək mexanizmləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, iqlim dəyişkənliyinin təsərrüfata təsirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Təlimlərin sonunda yekun qiymətləndirmə aparılıb. Qiymətləndirmə nəticəsində fərqlənən kənd sakinlərinə sertifikatlar təqdim ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031