Dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 2,93 il təşkil edib
2025-ci il 1 iyul tarixinə daxili dövlət borcunun 8 milyard 26,8 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 150,6 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 7,6 dəfə artaraq 1 iyul 2025-ci il tarixinə 8 milyard 26,8 milyon manata çatıb.
Hesabat tarixinə dövriyyədə olan 8 milyard 26,8 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür.
2025-ci il 1 iyul tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 2,93 il təşkil edib.
2025-ci ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.