azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda vergiödəyicilərinin sayı 4,8 faiz artıb

03-07-2025

2025-ci il iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 630 min 743 vergiödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb. İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 8,1 faiz artaraq 197 min 38 vahid təşkil edib.

2025-ci ilin yanvar – iyun aylarında 6814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,9 faizi yerli investisiyalı, 11,1 faizi xarici investisiyalıdır.

Kommersiya qurumlarının 85,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031