Naxçıvan Dövlət Milli Dram Teatrı 2024-2025-ci il mövsümünü başa vurub
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2024-2025-ci il teatr mövsümünün bağlanış mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov ötən teatr mövsümü ilə müqayisədə 2024-2025-ci ilin daha məhsuldar keçdiyini qeyd edib.
Sonra S.Bekketin "Qodonun intizarında" absurd tamaşası təqdim olunub.
Tədbirdə teatrın həyata keçirdiyi "Teatr çələngi" adlı layihədə iştirak edən xalq teatrları və müxtəlif yaradıcı kollektivlər də xüsusi qeyd olunub.
Tədbirdə çıxış edənlər 2024–2025-ci il teatr mövsümündə nümayiş olunan tamaşaların uğurla qarşılandığını vurğulayıb, regionlarda teatr fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkiblər.