azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Overçuka “gəlmə” dedi! Bakı Yekaterinburq qırğınına sərt reaksiya verdi — SON DƏQİQƏ

29-06-2025

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna planlaşdırılan səfəri rəsmi Bakı tərəfindən ləğv edilib. Buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatda ikisi qardaş olmaqla, ən azı 5 azərbaycanlının qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Moskva rəsmilərinin səfərinin heç bir siyasi və diplomatik əhəmiyyət daşımadığını açıq şəkildə ortaya qoyub. Bu, Bakının Yekaterinburq qırğınına sərt etirazının və münasibətlərdə mövcud gərginliyin bariz göstəricisidir.

Bakı beləliklə Moskvaya mesaj verir: Azərbaycan vətəndaşlarının qanı bahasına dostluq mümkün deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30