azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan musiqi irsini əks etdirən kitab Kembric Universitetinin əsas kitabxanasına təqdim olunub

29-06-2025

Azərbaycan və türk dünyasının milli musiqi alətləri və musiqi mədəniyyəti ilə bağlı kitab artıq dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universitetinin əsas kitabxanasında yer alıb.

Bu dəyərli nəşr Kembric Universitetində magistratura təhsili alan azərbaycanlı tələbə Anar Ağayev tərəfindən kitabxanaya təqdim olunub.

Musiqi alətləri və onların tarixi-mədəni əhəmiyyətini əhatə edən bu kitab Azərbaycanın və ümumilikdə türk dünyasının mədəni irsinin öyrənilməsi baxımından beynəlxalq elmi ictimaiyyət üçün mühüm mənbə rolunu oynayacaq.

Bu təşəbbüs Azərbaycanın mədəni irsinin dünyada tanıdılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30