azturkxeber.az
http://azturkxeber.az

Yunanıstanda meşə yanğınlarına görə 5 kənd təxliyə olunub

27-06-2025

Yunanıstanda meşə yanğınlarına görə 5 kənd təxliyə olunub

Afinanın 50 kilometrliyində başlayan meşə yanğınlarının miqyası genişlənir.

Yanğınla əlaqədar 5 kənd boşaldılıb. İsti və quru hava alovun ram edilməsini çətinləşdirir. Yanğının söndürülməsinə yüzdən çox şəxsi heyət və aviasiya cəlb olunub.

Kəndlərdən birinin bələdiyyə sədri bildirib ki, yanğına yüksək gərginlikli elektrik xəttində yaranan qığılcım səbəb olub.

Qeyd edək ki, ötən il meşə yanğınları nəticəsində Yunanıstanda 45 min hektardan çox ərazi məhv olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30