azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin 41 vilayətində antiterror əməliyyatı keçirilib

27-06-2025

Türkiyənin 41 vilayətində antiterror əməliyyatı keçirilib


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində aparılan genişmiqyaslı əməliyyatlar barədə məlumat verib.

 Türkiyə Daxili İşlər Nazirliyinin başçısının sözlərinə görə, son iki həftə ərzində ölkənin 41 vilayətində, o cümlədən Ankara, İstanbul və İzmirdə əməliyyatlar keçirilib.

“Ümumilikdə, terrorçuluqda şübhəli bilinən 361 şəxs saxlanılıb. Saxlanılanlar qadağan olunmuş təşkilatın fəaliyyətində iştirakda, terror strukturlarının ideyalarını maliyyələşdirməkdə və təbliğ etməkdə, habelə qeyri-leqal şifrlənmiş proqramlardan istifadə etməklə “ByLock” vasitəsilə mesaj ötürməkdə ittiham olunublar", -deyən nazir əməliyyatlarda iştirak edən bütün strukturların əməkdaşlarına təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30