azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev Sudanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27-06-2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurlu əməkdaşlığını vurğuladı.

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırladı.

Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı xahiş etdi.

Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirdi. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğuladı.

Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərin artırılmasını xahiş etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30