azturkxeber.az
http://azturkxeber.az

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27-06-2025

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

Almaniyanın Kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində ölkəsinin Aİ-yə tam dəstəyini ifadə edib.

Kansler Avropa liderləri ilə ilk görüşündə qarşıdakı ayları Avropa üçün həlledici mərhələ kimi dəyərləndirib və özünün də bu prosesə töhfə verməyə hazır olduğunu bildirib. Almaniya hökumətinin Avropa Komissiyasına tam dəstəyini ifadə edən F.Merts deyib: “Mən Avropa Komissiyasını və onun prezidentini rəqabət qabiliyyəti sahəsində irəliləyişə nail olmaq səylərində dəstəkləyirəm. Mən, həmçinin ABŞ ilə ticarət sazişinə tez bir zamanda nail olmaq üçün göstərilən bütün səylərdə də Avropa Komissiyasını dəstəkləyirəm. Bundan əlavə, MERCOSUR sazişinin irəli aparılmasını və başqa ticarət sazişlərinin də bağlanmasını istəyirəm”.

Qeyd edək ki, sammitdə Aİ-nin rəqabət qabiliyyəti, ABŞ və MERCOSUR (Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela arasında iqtisadi və siyasi müqavilə) ölkələri ilə ticarət sazişləri, Ukraynadakı vəziyyət, Yaxın Şərqdəki son hadisələr, Avropanın təhlükəsizlik və müdafiə qabiliyyəti ilə yanaşı, miqrasiya məsələsi də müzakirəyə çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30