azturkxeber.az
http://azturkxeber.az

ABŞ Çinlə nadir metallara dair sazişi təsdiqləyib

27-06-2025

ABŞ Çinlə nadir metallara dair sazişi təsdiqləyib

Vaşinqton Çinlə ticarətə dair sazişi təsdiqləyib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında məlumat versə də, təfərrüatı açıqlamayıb.

Ağ Evin məsul şəxsləri mediaya bildiriblər ki, Çinlə ticarət əlaqələrində ciddi irəliləyiş qeydə alınıb. Hər 2 tərəf nadir metalların ABŞ-a ixracının sürətləndirilməsinə dair sazişi ratifikasiya edib.

Qeyd olunub ki, iyunun ortalarında Londonda keçirilən ABŞ-Çin danışıqlarının əsas mövzusu nadir metallar olub. Çin bu maddələrin əsas istehsalçısıdır. ABŞ-ın raket, kosmik və elektronika sənayesi bu məhsullardan çox ciddi şəkildə asılıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30