azturkxeber.az
http://azturkxeber.az

Vladimir Putin çoxfunksiyalı məlumat mübadiləsi xidmətinin yaradılması haqqında qanun imzalayıb

24-06-2025

Vladimir Putin çoxfunksiyalı məlumat mübadiləsi xidmətinin yaradılması haqqında qanun imzalayıb

Rusiya Prezidenti Vladimir Putin milli messencer funksiyaları da daxil olmaqla, çoxfunksiyalı məlumat mübadiləsi xidmətinin yaradılması haqqında qanun imzalayıb.

Sənəddə mesencerin imkanlarını dövlət xidmətlərinin funksiyaları ilə birləşdirəcək yeni xidmətin istifadəyə verilməsi haqqında deyilir. Platforma “Dövlət xidmətləri” və Vahid Eyniləşdirmə və Autentifikasiya Sistemi ilə inteqrasiya olunacaq ki, bu da vətəndaşlara pasport, tələbə vəsiqəsi və digər sənədləri rahat formatda əldə etmək imkanı verəcək.

Platformada şəxsiyyəti təsdiq etmək imkanı verən sənədlər əlçatan olacaq. Qanunda, həmçinin göstərilir ki, bu halda vətəndaşdan şəxsiyyəti təsdiqləmək üçün əlavə kağız sənədlərin təqdim edilməsinin tələb edilməsi qadağan ediləcək. Bundan əlavə, qanun gücləndirilmiş elektron imzadan istifadə etməklə sənədləri imzalamaq üçün mesencerdən istifadə imkanını nəzərdə tutur.

2025-ci il sentyabrın 1-dən tətbiq olunacaq bəzi maddələr istisna olmaqla, qanunun rəsmi qüvvəyə mindiyi an onun dərc edildiyi gündür.

Qeyd edək ki, yeni rusiyalı MAX mesenceri VK şirkəti tərəfindən yaradılmış ən son rəqəmsal platformadır. Ənənəvi mesencerdən fərqli olaraq, bu proqram Çinin “WeChat”ın rusiyalı analoquna çevrilmək məqsədi ilə mesajlaşma funksiyalarını gündəlik vəzifələrin həlli üçün müxtəlif xidmətlərlə inteqrasiyaya yönəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30