Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovla görüşüb.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin media sahəsindəki əhəmiyyətindən danışan səfir AzTV-nin media fəaliyyətini yüksək qiymətləndirib. QSC-nin sədri TRT və AzTV-nin birgə əməkdaşlığı çərçivəsində serialların çəkilməsi və animasiya mərkəzinin yaradılması imkanlarından danışıb, iki ölkə arasında media əlaqələrinin uğurlu nəticələr verdiyini diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.