Tramp İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib və hər iki tərəfi buna əməl etməyə çağırıb.
Bu barədə o, “Truth” sosial hesabında yazıb.
"Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!”, - deyə Amerika lideri qeyd edib.