azturkxeber.az
http://azturkxeber.az

Rusiyanın Dneprə hücumu nəticəsində həlak olanların sayı yeddiyə çatıb

24-06-2025

Rusiyanın Dnepr şəhərinə növbəti hücumu nəticəsində həlak olanların sayı yeddi nəfərə çatıb, 70 nəfərə yaxın insan yaralanıb, onlardan 10-u uşaqdır.

Bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısakın “Telegram” kanalına istinadla xəbər verir.

Məlumata görə, yaralılardan beşinin vəziyyəti ağırdır. Həkimlər onların həyatını xilas etmək üçün mübarizəni davam etdirirlər.

Zərərçəkənlərin dəqiq sayı hələ dəqiqləşdirilir, çünki dağıntıların miqyası böyükdür.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hava həyəcanı zamanı çox sayda insanın sığınacaqlara keçməsi daha ağır itkilərin qarşısını alıb və onlarla insanın həyatını xilas edib.

“Bir daha vurğulayıram ki, hava həyəcanı siqnallarını əsla iqnor etməyin. Mütləq təhlükəsiz yerə keçin”, - deyə Lısak qeyd edib.

Həmçinin Samara şəhərinə edilən raket hücumunun nəticələri barədə də məlumat verilir. Belə ki, azı doqquz nəfər xəsarət alıb, onların çoxu xəstəxanaya yerləşdirilib. Dörd nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, iyunun 24-ü səhər saatlarında Dnepr şəhərində hava həyəcanı elan edildiyi vaxt bir neçə partlayış səsi eşidilib. Ukrayna Hərbi Hava Qüvvələri şəhər istiqamətində iki ballistik raketin hərəkətini qeydə alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30