azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq

24-06-2025

Dövlət sosial xidmət müəssisələrinin infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün müvafiq işlər həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması istiqamətində layihələndirmə və satınalma prosesi tamamlanaraq podratçı təşkilatla müqavilə imzalanıb.

Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.

Yaradılması nəzərdə tutualn DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra səlahiyyətlərinə daxil olan layihələrdən daha biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30