azturkxeber.az
http://azturkxeber.az

Əlcəzair səfiri AZPROMO-da olub

24-06-2025

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Əlcəzairin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğıl ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Səfir Zəkiyyə İğıl isə Əlcəzairin müvafiq qurumlarının fəaliyyəti və ölkəsinin iqtisadi prioritetləri haqqında danışıb. Qeyd olunub ki, hər iki ölkənin iqtisadiyyatında enerji sektoru əsas rol oynasa da, hazırda Azərbaycan və Əlcəzair enerji resurslarının şaxələndirilməsinə və bərpa olunan enerji sahəsinin inkişafına xüsusi önəm verir.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətdə bir sıra təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30