azturkxeber.az
http://azturkxeber.az

"E-bülleten” sisteminə keçid əmək və sosial müdafiə hüquqlarının təminatı üzrə xidmətlərdə keyfiyyət artımı və çevikliyə imkan verib

24-06-2025

Bu il mayın 1-dən ölkəmizdə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması mühüm əhəmiyyəti ilə diqqəti cəlb edir.

Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işinin nəticəsi olaraq xəstəlik vərəqəsinin e-sənəd formasında tərtib olunmasının faydaları:

e-sistemin geri tarixə xəstəlik vərəqəsinin açılmasını mümkünsüz etməsi bu vərəqənin açılmasında hər hansı subyektivlik və saxtakarlıq halının baş verməsinin qarşısını alır;

əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəli tərtib edilərkən xəstəlik vərəqələrinin skan edilib e-sistemə yüklənməsinə ehtiyac qalmır, həmin məlumatlar “Əmək və Məşğulluq” alsistemində (ƏMAS) avtomatik əks olunur və kağız daşıyıcılardan istifadə zərurəti, vaxt itkisi aradan qalxır;

işəgötürən əməkdaşına xəstəlik vərəqəsi açılması, habelə hansı tarixdə və tibb müəssisəsində açılması barədə ƏMAS vasitəsilə operativ məlumat əldə edir;

xəstəlik vərəqəsi bağlanana qədər işçinin əmək müqaviləsinə xitam verilməsi avtomatik məhdudlaşır;

xəstəlik vərəqəsi üzrə e-sənəd əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuma görə müavinət təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna e-qaydada göndərilir və Fond üçün müavinət təyinatına əsas yaradır, təyinat prosesi çevikləşir;

istehsalatda bədbəxt hadisə ilə əlaqədar xəstəlik vərəqi açıldıqda Dövlət Əmək Müfəttişliyi Xidməti bu barədə operativ məlumat alır və təhqiqat prosesi çevikləşir;

növbəti mərhələdə əlilliyin qiymətləndirilməsi üçün göndərişlər tərtib olunarkən xəstəlik vərəqi üzrə məlumatlar manual deyil, avtomatik e-sistemdə əks olunur;

işəgötürənlər e-bülletenləri ƏMAS-dan, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat əldə edə bilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30