azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ 175 kq narkotik vasitəni dövriyyədən çıxarıb

24-06-2025

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilmişdir. Nəticədə mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.

Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30