ABŞ-da rekord səviyyədə istilər qeydə alınıb
On milyonlarla insan bazar ertəsi, iyunun 23-də ABŞ-ın şimal-şərq və orta qərb bölgələrində isti hava dalğasından əziyyət çəkib, rekord qıran istilər elektrik enerjisi və qatar xidmətlərində problemlərə səbəb olub.
Həftəsonu başlayan və həftə ərzində davam edəcəyi gözlənilən istilərlə bağlı xəbərdarlıqlar ABŞ-ın əksər bölgələrində qüvvədə olub. “Reuters” agentliyi xəbər verir ki, ölkənin şərq sahili bölgəsinin rəsmilərinin sözlərinə görə, istilər rütubətlə birləşdikcə, bir çox yerlərdə 43 dərəcə Selsi hiss edilən temperatur qeydə alına bilər.
ABŞ Milli Meteoroloji Xidməti xəbərdarlıq edir ki, gecə temperaturu da ifrat istidən rahatlama təmin edə bilməz.
Bazar ertəsi bəzi Birləşmiş Ştatların şərq sahili bölgəsində qatarların hərəkəti təhlükəsizlik səbəbindən dayandırılıb. “Amtrak”ın verdiyi açıqlamada istilik məhdudiyyətləri səbəbindən avtomobillərinin daha yavaş sürətlə hərəkət edəcəyi bildirilib.
“Amtrak”ın istilik məhdudiyyətləri, temperatur 35 dərəcə Selsidən yüksək olduqda qüvvəyə minir. Şirkət, həmçinin relslərin özləri 54 dərəcə Selsi istiliyinə çatdıqda qatarların hərəkətini yavaşladır.
Səhiyyə mütəxəssisləri işəgötürənləri açıq havada işləyən işçilər üçün iş saatlarını tənzimləməyə çağırıb ki, onların adekvat fasilə imkanları olsun, habelə istivurma və ya yorğunluq əlamətlərini müşahidə edə bilsinlər.
ABŞ-ın elektrik şəbəkəsi operatorları elektrik stansiyalarının maksimum güclə işləməyə hazır olmasını əmr ediblər, çünki insanların ventilyatorları və kondisionerləri soyutmaq üçün işə salması nəticəsində elektrik enerjisinə tələbatın artacağı gözlənilir.