azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Hava Məkanına dair İddialar Yalan və Dezinformasiyadır

23-06-2025

Amerikanın bombardmançı təyyarələrinin İranın nüvə obyektlərinə hücum zamanı Türkiyə hava məkanından istifadə etməsi ilə bağlı müxtəlif mənbələrdə yayılan iddialar dezinformasiyadır.

İsrailin İrana qarşı başladığı hücumlarda Türkiyə hava məkanı heç bir şəkildə pozulmadığı kimi, ABŞ tərəfindən İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hücumlardan heç birində də Türkiyə hava məkanından istifadə edilməmişdir.

Həqiqət budur ki, ABŞ-dan havaya qalxan bombardmançı təyyarələr Cəbəllüttariq boğazından keçərək Aralıq dənizinin cənubundan İsrailə çatmış və oradan İraqa keçərək İranı hədəfə almışdır.

Sözügedən bombardmançı təyyarələr hücumdan sonra eyni marşrutu əks istiqamətdə izləyərək geri dönmüş və dönüş zamanı Aralıq dənizində (Kreta adasının cənubunda) yanacaqla təmin olunaraq ABŞ-a qayıtmışdır.

Türkiyə Respublikası Yaxın Şərqdə sülh və sabitliyi israrla müdafiə etməyə davam edir; bu məqsədlə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan diplomatiyanın ayaqda qalması üçün atılan təşəbbüslərə rəhbərlik edir.

Əksinə səsləndirilən bütün iddialar dezinformasiyadır.

İctimaiyyətə hörmətlə duyurulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30