azturkxeber.az
http://azturkxeber.az

Rusiyada təhsilini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib

23-06-2025

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki S.M.Kirov adına Hərbi Tibb Akademiyasında klinik ordinatura və baza ali tibb təhsili səviyyələri üzrə təhsil alan azərbaycanlı məzunların buraxılış mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Müvafiq təhsil səviyyələrini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar və döş nişanları təqdim edilib.

Cari ildə bu ali hərbi təhsil müəssisəsindən klinik ordinatura səviyyəsi üzrə 8 və baza ali tibb təhsili səviyyəsi üzrə 2 Azərbaycan Ordusunun tibb xidməti zabiti məzun olub. Baza ali tibb təhsili səviyyəsi üzrə təhsil alan tibb xidməti leytenantı Rəşad Dəvrişov akademiyanı fərqlənmə ilə bitirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30