azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup şəxs təltif edilib

23-06-2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iyunun 23-də “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən Abbasov Pərviz Nəriman oğlu, Babayev Mahir Məzahim oğlu, Nəcəfova Günel İsa qızı, Novruzov Ağəli Əkbər oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə, Eyvazov Rasim Qoşnəli oğlu, Əliyev Anar Hüseyn oğlu, Əliyeva Təranə Qədirxan qızı, Hüseynova Firuzə İsmayıl qızı, İbrahimov Vüsal Əvəz oğlu, İmanova Şəhanə İsmayıl qızı, Qaffarova Elnurə Əlihüseyn qızı, Quliyev Təbriz Siyavuş oğlu, Məmmədov Arzu Mətləb oğlu, Məmmədov Vüsal Vətən oğlu, Məmmədova Səkinə Mübariz qızı, Orucov Orxan Zakir oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30