Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin yaradılması davam edir.
2024-cü ildə istifadəyə verilən #Ağdam rayonunun #Kəngərli kəndində yerləşən 120 yerlik körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Bağçada azyaşlıların sağlam, təhlükəsiz və hərtərəfli inkişafı üçün yüksək səviyyəli şərait yaradılıb. Müasir avadanlıqla təchiz olunmuş 6 qrup otağı, təlim-tərbiyə prosesini dəstəkləyən mühit, eləcə də uşaqların əylənməsi üçün xüsusi oyun meydançası və müxtəlif attraksionlarla təmin edilmiş açıq sahə burada fəaliyyət göstərir.
Yeni uşaq müəssisələrinin yaradılması, Böyük Qayıdış prosesinin əsas hədəflərindən biri olan uşaqların sosial rifahının və təhsil imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.