azturkxeber.az
http://azturkxeber.az

Papa Leo: Günahsız insanlar ölür, silah istifadəsindən qaçmalıyıq

20-06-2025

Papa Leo: Günahsız insanlar ölür, silah istifadəsindən qaçmalıyıq

Günahsız insanlar ölür və biz silah istifadəsindən qaçmalıyıq. Gəlin həll yollarını tapmaq üçün birləşək.

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo bu fikirləri İtaliyanın “Tg1 Rai” telekanalına müsahibəsində səsləndirib.

“Həqiqətən narahatedicidir. Gecə-gündüz dünyanın bir çox yerində baş verənləri izləməyə çalışıram. Bu gün insanlar daha çox Yaxın Şərqdən danışırlar, lakin təkcə ora deyil. Günahsız insanlar ölür, sülhü birlikdə axtarmalıyıq. Sülh üçün bu çağırışı yeniləmək istəyirəm. Nəyin bahasına olursa olsun, silahdan istifadə etməməyə çalışaq, diplomatik vasitələrlə dialoq axtaraq. Müharibənin həlli yollarını tapmaq üçün bir araya gələk”, - deyə pontifik qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30