azturkxeber.az
http://azturkxeber.az

Gürcüstan parlamentariləri ilə görüşdə

20-06-2025

İyunun 20-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev dövlələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın xalqlarımızın ümumi mənafelərinə xidmət etdiyini söyləyib. O, hər iki ölkədə keçirilməsi nəzərdə tutulan gənclər forumunun qarşılıqlı anlaşmanın dərinləşməsinə və gələcək nəsillər arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Öz növbəsində, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze nümayəndə heyətinin ölkəmizdə səfərdə olmasından məmnunluq duyduğunu bildirib. O, Gürcüstan Parlamentinin 89 deputatından 30-nun Azərbaycanla dostluq qrupunun üzvü olmasının ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu vurğulayıb, dövlətlərimiz arasında parlament səviyyəsində həyata keçirilən səfərlərin qarşılıqlı münasibətlərin inkişafına verdiyi töhfədən söz açıb.

Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Mirkişili, Rizvan Nəbiyev, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, eləcə də Gürcüstan Parlamentinin nümayəndə heyətinin üzvləri Şota Berekaşvili, Anton Obolaşvili, və Levan Maçavariani çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında inkişaf edən əlaqələrin əhəmiyyətindən, iri neft və qaz layihələrinin icrasının, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin regional əməkdaşlığa verdiyi töhfədən və diplomatik münasibətlərin yüksək səviyyəsindən söz açıblar.

Söhbət zamanı dövlətlərimiz arasında münasibətlərin qədim tarixi əlaqələrə əsaslanan dostluq üzərində qurulduğu və bu əlaqələrin bu gün də dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Həmçinin icbari sığorta və səhiyyə islahatları sahəsində ölkələrin bir-birinin təcrübəsindən yararlandığı, informasiya texnologiyaları üzrə əməkdaşlığın da genişləndiyi qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30