azturkxeber.az
http://azturkxeber.az

Britaniyalılar yenidən Avropa İttifaqına qayıtmaq istəyir

20-06-2025

Britaniyalılar yenidən Avropa İttifaqına qayıtmaq istəyir

“YouGov” şirkətinin keçirdiyi sorğuya əsasən, Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı keçirilmiş referendumun nəticəsindən doqquz il keçməsinə baxmayaraq, britaniyalıların əksəriyyəti bu qərardan peşmanlıq hissi keçirir və ölkənin yenidən Aİ-yə qoşulmasını istəyir.

Sorğu iştirakçılarının 56 faizi Böyük Britaniyanın Aİ-yə qayıtmasının tərəfdarıdır. Respondentlərin 61 faizi isə “Brexit”in uğursuzluq olduğunu düşünür. Onların böyük əksəriyyəti bu uğursuzluğa görə keçmiş baş nazir Boris Consonu və Mühafizəkarlar Partiyasını ittiham edir.

Xatırladaq ki, Boris Conson Aİ-dən ayrılmaqla bağlı kampaniyanın ən tanınmış simalarından idi. O və digər tərəfdarlar “Brexit”dən sonra ölkənin hansı istiqamətdə inkişaf edəcəyinə dair konkret plan təqdim etməməkdə tənqid olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30