azturkxeber.az
http://azturkxeber.az

Ərdoğan və Əliyev Kahramanmaraşda – Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək

18-06-2025

19 iyun, cümə axşamı günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Kahramanmaraşda zəlzələ bölgəsində inşa edilən 250 mininci mənzilin açar təhvili və püşkatma mərasimi keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, 6 fevral zəlzələlərindən sonra başladılan bərpa və yenidənqurma işləri çərçivəsində Kahramanmaraş daha bir əlamətdar mərhələyə qədəm qoyur. Prezidentlərin qatılacağı mərasim saat 14:30-da Azərbaycan məhəlləsində baş tutacaq.

Böyükşəhər Bələdiyyəsinin başçısı Fırat Görgel açıqlamasında bildirib: “19 iyun cümə axşamı günü Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevi şəhərimizdə qarşılayacağımız üçün qürur və sevinc içindəyik. Zəlzələ bölgəsindəki 250 mininci mənzilin açar təhvili və püşkatma mərasiminə bütün vətəndaşlarımız dəvətlidir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30