azturkxeber.az
http://azturkxeber.az

Pezeşkian İranın böhrandan çıxa biləcəyinə ümid edir

18-06-2025

Pezeşkian İranın böhrandan çıxa biləcəyinə ümid edir

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İran-İsrail münaqişəsi ilə bağlı gözlənilən qərarı fonunda Tehranın hazırkı böhrandan çıxa biləcəyinə ümidini ifadə edib.

Pezeşkian bunu İran hökumətinin iclasında deyib.

“Ümid edirəm ki, birlik və həmrəylik sayəsində düşdüyümüz böhrandan çıxa və yolumuza davam edə biləcəyik”, - deyə İran Prezidenti bildirib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Məsud Pezeşkian, həmçinin nazirliklərə müxtəlif ölkələrlə, əsasən də qonşu dövlətlərlə qarşılıqlı əlaqələrin davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

ABC telekanalının məlumatına görə, ABŞ qarşıdakı 24-48 saatın İran-İsrail münaqişəsində həlledici olduğunu elan edib və böhranın diplomatik yolla həll olunmayacağı təqdirdə mümkün hərbi müdaxiləyə eyham vurub.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. Hücumlar nəticəsində hər iki tərəfin mülki əhalisi arasında itkilərin sayı artır. Hazırda qarşılıqlı hava zərbələri davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30